Xəbərlər

Bu ilin sentyabr və oktyabr aylarında Qazaxıstanın Astana şəhərində və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində tərəfdaşımız Philip Morris International (PMI) şirkətinin təşkilatçılığı ilə növbəti ənənəvi “Technovation” tədbirləri baş tutmuşdur.

Tədbirlər çərçivəsində tüstüsüz tütün məhsulları sahəsində ötən illər ərzində PMI-ın əldə etdiyi elmi nailiyyətlər və siqaret çəkməyə alternativ olan tüstüsüz tütün məhsulları barədə məlumat verilmiş, habelə siqaret çəkilməsinin insan sağlamlığına zərəri haqqında tibb ictimaiyyətinin çağırışları dinlənilmişdir.

PMI-ın mesajı aşağıdakı kimidir:

  • əgər siqaret çəkmirsənsə, başlama.
  • əgər siqaret çəkirsənsə, tərgit.
  • əgər siqareti tərgitmirsənsə, dəyiş.