Fəxriyar Cabbarov, Baş İcraçı Direktor
Özəl və dövlət sektorlarında, eləcə də beynəlxalq maliyyə institutlarında uğurlu idarəetmə təcrübəsinə malik peşəkardır.
2000-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr dərəcəsini, 2003-cü ildə York Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsini alıb. Bundan əlavə, 2014-cü ildə London Biznes Məktəbində Strateji İdarəetmə təhsilini uğurla bitirib.
2001-2024-cü illərdə Fəxriyar Cabbarov dövlət qurumlarında və özəl sektorda aparıcı vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə Dünya Bankında Özəl Sektorun İnkişafı üzrə Müşavir, Synergy Group ASC-nin İdarə Heyətinin Sədrinin Birinci Müavini, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
Elvin Məmmədov, Baş Kommersiya İnzibatçısı
Satış, marketinq və kommersiya idarəçiliyi sahələrində 15 ildən artıq təcrübəyə malikdir. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq satışın artırılması, yeni biznes imkanlarının yaradılması, marketinq strategiyalarının formalaşdırılması və komandaların inkişafı istiqamətində uğurlu nəticələr əldə etmişdir.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsini əldə etmişdir.
Hazırda şirkətin kommersiya blokuna rəhbərlik edir, Satış və Marketinq fəaliyyətlərinin effektiv idarə olunmasını təmin edir. Onun əsas fəaliyyət istiqamətləri şirkətin bazar mövqeyinin gücləndirilməsi, gəlirliliyin artırılması və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsidir.
Anar İsayev, Baş Əməliyyat İnzibatçısı
Pərakəndə satış, əməliyyatların idarə edilməsi, təchizat zənciri və biznes proseslərinin optimallaşdırılması sahələrində 10 ildən artıq peşəkar təcrübəyə malikdir.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini tamamlamışdır.
Peşəkar fəaliyyətinə pərakəndə satış sektorunda başlamış, müxtəlif illərdə mağaza əməliyyatları, məhsuldarlığın artırılması, biznes proseslərinin təkmilləşdirilməsi, ehtiyatların idarə edilməsi və təchizat zənciri istiqamətlərində rəhbər vəzifələrdə çalışmışdır.
Karyerası ərzində əməliyyat proseslərinin optimallaşdırılması, məhsul mövcudluğunun və xidmət səviyyəsinin artırılması, sifariş və təchizat proseslərinin təkmilləşdirilməsi, məlumat analitikası və rəqəmsal həllərin biznes proseslərinə inteqrasiyası üzrə layihələrə rəhbərlik etmişdir.
“Prime Light” MMC-nin Baş Əməliyyat İnzibatçısı olaraq şirkətin əsas əməliyyat istiqamətlərinin idarə edilməsinə rəhbərlik edir. Onun məsuliyyət dairəsinə əməliyyatlar, satınalma, anbar və distribusiya, satışın planlaşdırılması, müştərilərlə münasibətlərin idarə edilməsi (CRM) və məlumatların təhlili daxildir.